Akademik Milli Dram Teatrında “İnsan səsi” tamaşası nümayiş olunub
Tarix: 12-06-2017, 09:31



Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət
Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası
Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası
nümayiş olunub.

Teatrın mətbuat katibi Cavid Zeynallının Ulduzumsan.Az-a verdiyi məlumata görə,
fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu
monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova,
bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.

Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri
üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur.

Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik
sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi
gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa
sevgilisi ilə vidalaşır.

Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin
gətirdiyi intiharı təsvir edir. Şəhla Əliqızının yozumunda canına
qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks
olunub.







Paylaş: