AzTV-nin keçmiş baş redaktoru vəfat etdi
Tarix: 22-01-2020, 10:44




“Azərbaycan” qəzetinin əməkdaşı, tanınmış jurnalist Bəşir Şərifov vəfat edib.

Xeyli vaxtdır ağır xəstəlikdən əziyyət çəkən jurnalist dünyasını dəyişib.

Qeyd edək ki, B.Şərifov uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib və 2013-cü ildə dializ aparatına qoşularkən insult keçirib.

O, daha əvvəl AzTV-də “Xəbərlər” redaksiyasında baş redaktor işləyib.
(publika.az)


Paylaş: