AzTV loqolar alır - KOTİROVKA SORĞUSU
Tarix: 26-11-2019, 09:07



“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC televiziya kanallarının yeni loqolarının dizaynı və quraşdırılması işlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçı-lar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 28 noyabr 2019-cu il saat 17.00-a qədər “AzTv” QSC-nin tender komissiyasına təqdim etməlidirlər. Zərflər 29 noyabr 2019-cu il saat 11.00-da açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana müraciət edə və +994(12) 537-02-68 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Paylaş: