İkinci "Konçita Vürst"u metroda gördülər
Tarix: 4-11-2019, 16:54




Moskva metrosunda dodağı boyalı, parik və çəhrayı paltar geymiş saqqallı kişi sosial şəbəkələrə "səs salıb".

BiG.AZ-ın moslenta.ru-ya istinadən verdiyi xəbərə görə, metro sərnişininin fotosu "Twitter"-də dərc edilib.

Müəllif şəkili "Bəs deyirlər, təkcə Avropadadır... Moskva metrosu. 27.10" sözlərilə şərh edib.

Konçita Vürst - Avstriya müğənnisi Tom Noyvirtin səhnə obrazıdır. 2014-cü ildə sənətçi Kopenhagendə keçirilən "Eurovision" musiqi yarışmasında qalib gələrək dünya sensasiyasına çevrilib. 2018-ci ildə Noyvirt qadın alter-eqosundan imtina edib.

İkinci "Konçita Vürst"u metroda gördülər - FOTO


Paylaş: