Zorlandığını deyən 17 yaşlı Əsmər haqqında ŞOK FAKTLAR
Tarix: 29-10-2019, 11:57




Space Tv-də Amil Xəlilin "Gəl, dərdini danış" verilişində ötən gün Əsmərin zorlanması faktının təfərrüatları bəlli olub.
Unikal.org xəbər verir ki, ötən həftələrdə verilişə zorlanması ilə bağlı müraciət edən Əsmər haqqında qarşı tərəfin dünən şok açıqlaması ortaya çıxıb. Məlum olub ki, Əsmərlə Vüsalın bu görüşündən sonra Əsmərin «Polisə müraciət edəcəm» fikirləri iki ailəni bir-birinə vurub. İş o yerə gəlib ki, Əsmər həmin evə gəlin köçür. Qayınanasının sözlərinə görə Əsmər 1 həftədən sonra dəyişməyə başlayıb. Bakıdan kəndə gəlin köçən Əsmər günlərin bir günü özünü asaraq intihar etmək istəyib. Son anda qayınanası tərəfindən xilas olunan gəlinin haqq-hesabı bununlada bitmir. Məlahət xanım iddia edir ki, Əsmər onlardan 1000 manat bir, 2000 manat bir pul istəyib. Süpürgəçi kimi çalışan Məlahət xanım «o qədər pul məndə hardan..» deyəndən sonra Əsmər Bakıya qayıdır. Nə baş verirsə bundan sonra olur. 
Zorlanma hadisəsinin baş verdiyi ərazini də lentə alan çəkiliş qrupu indi Vüsal adlı şəxsi axtarır. Anasının və Əsmərin sözlərinə görə Vüsal gizlənir və ortaya çıxmır. Hətta anası da Vüsala efir vasitəsi ilə səslənərək evinə qayıtmasını xahiş edib. Həmin anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 12:20 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.



Paylaş: