Azərbaycan Teatr Xadimləri İttifaqının 14-cü konfransı keçirilir
Tarix: 22-10-2019, 11:35




Oktyabrın 22-də Azərbaycan Teatr Xadimləri İttifaqının 14-cü konfransı başlayıb.
APA-nın məlumatına görə, konfransda Mədəniyyət naziri Əbülfəs Qarayev, teatr və mədəniyyət xadimləri iştirak edirlər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Azərbaycan Teatr Xadimləri İttifaqının 14-cü konfransında 84 nəfərin iştirak etdiyini bildirib.
Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
Sonra Vidadi Qafarov, Hafiz Quliyev və İlham Əsədov komissiya üzvləri, konfransı idarə etmək üçün isə professor İlham Rəhimli sədr seçilib.
Sonra konfrans mediaya qapalı olaraq davam etdirilir.

Paylaş: