SSRİ Xalq artistinin qızı, tanınmış rejissorun bacısı vəfat edib
Tarix: 16-09-2019, 12:10

SSRÄ° Xalq artistinin qızı, tanınmıŠrejissorun bacısı vÉfat edib


SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyev və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, rejissor, hazırda Türkiyədə yaşayan Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasının müəllimi, Fuad Hacıyevin ailəsinə ağır itki üz verib.
Open.az xəbər verir ki, Rauf Hacıyevin qızı və Fuad Hacıyevin bacısı Nanə Hacıyeva dünyasını dəyişib.
Bu barədə Open.az-a Tükiyədə yaşayan görkəmli sənətkarımız, Xalq artisti Cahangir Novruzov məlumat verib.
Bakıda torpağa tapşırılan Nanə Hacıyeva qəflətən dünyasını dəyişib. Belə ki, Nanə xanımın beyninə qan sızıb.
Xatırladaq ki, Fuad və Zəminə Hacıyevalar 1993-cü ildən Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasının müəllimləridir.
77 yaşlı Fuad Hacıyev Ankara Dövlər Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərlərə quruluş verib.
Ümumilikdə, Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verən Fuad Hacıyev Azərbaycan tamaşaçılarının yaddaşında 1987-ci ildə efirə getmiş, quruluşçu rejissoru Ramiz Həsənoğlu olan "Ordan-burdan" teleoperettasının ssenari müəllifi kimi qalıb.
Hacıyevlər ailəsinə Allahdan rəhmət diləyirik!

Paylaş: