ABŞ prezidentinə edilən parodiya "Emmi" mükafatına layiq görülüb
Tarix: 18-09-2017, 12:25


Aktyor Alek Bolduin "Saturday Night Live" komediya şousunda ABŞ prezidenti Donald Trampa etdiyi parodiyaya görə "Emmi" mükafatına layiq görülüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nüfuzlu mükafatın növbəti 69-cu təqdimat mərasimi Los-Ancelesdə "Microsoft Theater"də baş tutub.
"Saturday Night Live" hər həftə NBC telekanalında efirə çıxır. Son bir ildə onun "əsas qəhrəmanları" Donald Tramp və onun komandasının üzvləri olublar. ABŞ prezidenti də verilişə mənfi münasibətini gizlətmir. O bu barədə mütəmadi olaraq müsahibələrində bildirir və şəxsi "Twitter" səhifəsində yazır.
Qeyd edək ki, bu il "Emmi"nin əsas mükafatı "Qulluqçunun hekayəsi" serialına təqdim edilib. 

Paylaş: