Lənkəran Dövlət Dram Teatrı aktyor axtarır
Tarix: 3-09-2019, 15:56




Lənkəran Dövlət Dram Teatrı aktyor axtarır.
"Report"un xəbərinə görə, teatr bununla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsininin məzunlarına müraciət edib.
"Əgər hələ də özünüzə ixtisasınız üzrə iş tapmamısınızsa, ondan yubanmadan Lənkəran Dövlət Dram Teatrına müraciət edin. Burada aktyor ştatına daxil edilməklə gələcək karyeranızı qurmaq üçün hər cür şəraitlə, o cümlədən yataqxana ilə təmin olunacaqsınız", - deyə müraciətdə vurğulanıb.

Paylaş: