Əməkdar artistimiz Rusiya səhnəsinə çıxacaq
Tarix: 29-08-2019, 11:51



Noyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Rodion Şedrinin “Anna Karenina” baleti nümayiş olunacaq.
Mədəniyyət Nazirliyindən Lent.az -a verilən məlumata görə, axşam seansında səhnə əsərində qraf Vronskinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
Baletin Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında premyerası 2010-cu il aprelin 15-də keçirilib.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Paylaş: