Primetime.Az və əməkdaşı “Luxury Awards” mükafatına layiq görüldü
Tarix: 22-08-2019, 12:16

lady gaga

“Luxury Awards – 2019” mükafatlandırma mərasiminin qala gecəsi baş tutub.
 
Primetime.az xəbər verir ki, Bakıda yerləşən məşhur hoteldə keçirilən gecədə paytaxtın yerli məşhurları ilə yanaşı xaricdən gələn tanınmış simalar da iştirak ediblər. Qonaqlar əvvəlcə dəbli avtomobillərin müşayiəti ilə qırmızı xalı şousunu izləyiblər. Onlar arasında Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Muhemmed Al Qubaisi, Mərakeş krallığının ölkəmizdəki səfiri Adil Embarş, müğənnilər Dilarə Kazımova, Aysel Məmmədova, Diana Hacıyeva, Elçin Cəfərov, teleaparıcı Afaq Gəncəli və digər simalar yer alıblar.
 
Daha sonra tədbirin mükafatlandırma hissəsinə start verilib. İl ərzində uğurlu fəaliyyəti ilə fəqrlənən şəxslər və şirkətlər mükafata layiq görülüblər. Gecədə Primetime.az  saytı və əməkdaşı Sərvər Mehtiyev mükafat alanlar sırasında olub.
 
Layihənin təşkilatçıları Ləman Mirtablı və Aqil Məmiyev tədbirin hazırlıq işlərinə həmişəki kimi bir neçə ay vaxt sərf olunduğunu bildiriblər. Onlar qeyd ediblər ki, ildən ilə layihəyə maraq artır və bu deməkdir ki, paytaxtımızda belə yüksək səviyyədə təşkil olunan tədbirlərin keçirilməsi hər kəsi məmnun edir.
 
Tədbir müğənnilərin ifaları ilə davam edib. Gecə boyunca “Atəşgah” rəqs qrupunun çıxışları nümayiş olunub.



Paylaş: