Üzeyir Hacıbəyli Festivalı çərçivəsində "Arşın mal alan"
Tarix: 16-08-2019, 11:18



Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə tamaşaçıların görüşünə gələcək.
Open.az xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, tamaşa Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək.

Paylaş: