“Jara” Musiqi Festivalına tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək
Tarix: 25-07-2019, 09:28




İyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) -  Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər.
“Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.  Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək”, - məlumatda qeyd olunub. 

Paylaş: