Opera teatrı mövsümə “Leyli və Məcnun”la başlayacaq
Tarix: 11-09-2017, 13:04


Sentyabrın 19 - da Opera və Balet Teatrı yeni 109-cu teatr mövsümünü Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açacaq.
 
UlduzumSan.Az xəbər verir ki, tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) və gənc solist Arzu Əliyeva (Leyli), Respublikanın Əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və b. iştirak edəcəklər. Dirijor - Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Paylaş: