Aygün Kazımova Samiraldonu masasından qovdu AÇIQLAMA
Tarix: 5-06-2017, 13:22



Aygün Kazımova ilə stilist Samiraldo üz-üzə gəlibÖtən gün paytaxt restoranlarından birində xalq artisti Aygün Kazımova ilə stilist Samiraldo üz-üzə gəlib. SİA-nın məlumatına görə, mərasimdə Aygün Kazımovanın olduğu masada Samiraldoya yer ayrılıb. Stilist masaya əyləşdikdən sonra müğənni onun başqa masada əyləşdirilməsini tələb edib. Samiraldo isə başqa yerdə oturmayacağını, əks halda doğum gününü tərk edəcəyini söyləyib. O, "Mən Samiraldoyam. Kimə xoş deyil bu masada oturmasın" deyə qışqırmağa başlayıb.
Məsələ ilə bağlı Samiraldo ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən stilist bunları deyib: "Heç kimin "qabağından yemirəm", bir kimsədən asılı deyiləm və öz həyatımı yaşayıram. Hamı bilir ki, kiminsə arxasınca danışmaq həvəsim və vaxtım yoxdur. Yalnız lazımsız insanlar haqqımda o sözləri deyə bilər. Ona görə də məclisdə baş verən hadisəyə əhəmiyyət vermirəm".

Paylaş: