Heydər Əliyev Mərkəzində Aleksandr Serovun konserti keçirilib
Tarix: 30-04-2019, 12:08



Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti keçirilib.
Mərkəzdən ONA-ya məşhur estrada ulduzu konsert proqramında uzun illərdir yaddaşlardan silinməyən hitlərini, eləcə də yeni mahnılarını təqdim edib. Tamaşaçılar Aleksandr Serovun hər ifasını zövqlə dinləyib, alqışlarla qarşılayıblar.
Aleksandr Serov virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən çox yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub.
Müğənni ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə qastrollarda olub.

Paylaş: