Rejissor Rodion İsmayılovun “Plaskart” sənədli filmi mükafat alıb
Tarix: 28-08-2017, 17:49


Moskvada yaşayan həmyerlimiz, tanınmış kino rejissoru və ssenaristi Rodion İsmayılovun çəkdiyi “Plaskart” filmi ilk mükafatını qazanıb.
Bu barədə SalamNews-a məlumat verən müəllif deyib: “Avstriyanın Frayştadt şəhərində keçirilən "Der neue Heimatfilm Festival"dan yenicə qayıtmışam. Mənim filmim “Ən yaxşı sənədli film” nominasiyasında baş prizə layiq görüldü. Yeni çəkdiyim ekran əsəri artıq Moskva, Moldova, Serbiya, Avstriya kino festivallarında göstərilib. Qarşıda Almaniya, İngiltərə, Fransa, Tayvan və digər ölkələrdə keçiriləcək festivallar var”.
Filmdə dünyanın ən uzun dəmiryolu ilə səyahət göstərilir. ”Moskva–Vladivostok” qatarında sadə rusiyalılar qarşılaşırlar. Sərnişinlərin söhbəti müasir Rusiya cəmiyyətinin sosial portreti rolunu oynayır. 
Filmə tamaşa etmək üçün link:  

Paylaş: