Tamaşamız Rusiyada ən orijinal tamaşa seçildi
Tarix: 22-03-2019, 11:27



Rusiyada keçirilən “QİTİS-ustad dərsi” festivalında ölkəmizi təmsil edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupu uğurlu çıxışına görə mükafata layiq görülüb.
 
Kulis.azın verdiyi xəbərə görə, qrupun ifa etdiyi “Otello” tamaşası “Ən orijinal tamaşa”, aktyor Ziya Ağa isə “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub.
 
Tamaşanın qurluşçu rejissoru Gümrah Ömərdir.
 
Xatırladaq ki, festivalda Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Moldova, Özbəkistanın teatr məktəbləri də iştirak edir.

Paylaş: