Rus Dram Teatrında "Mərasim" tamaşasının premyerası keçiriləcək
Tarix: 22-08-2017, 13:46



Sentyabrın 16-da Səməd Vurğun adına Rus Dram Teatrında Ejen İoneskunun pyesi əsasında "Mərasim" tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən UlduzumSan.Az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Olqa Abbasova (Azərbaycanın əməkdar mədəniyyət işçisi), musiqi tərtibatçısı Ərşad Ələkbərov, işıq üzrə rəssamı Nikolay Rudıçev olacaq.
Tamaşada Azərbaycanın xalq artisti Fəxrəddin Manafov və Azərbaycanın əməkdar artisti Mehriban Zəki rol alacaqlar.
Tamaşada həmçinin teatrın artistləri - Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, izdihamlı səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış edəcəklər.

Paylaş: