Türkiyəli müğənniləri Bakıya gətirmək adı ilə iş adamlarını aldadan şəxsə 9 il 6 müddətinə həbs cəzası istənildi
Tarix: 30-01-2019, 12:57



Tanınmış müğənniləri Bakıya gətirmək adı ilə iş adamlarına qarşı dələduzluqda ittiham edilərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Tural Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, “Vəlizadə prodakşın”ın rəhbəri kimi dörd nəfərə qarşı dələduzluqda ittiham edilir.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında T.Vəlizadə özünü təqsirli bilməyib. O, iş adamlarından pulu borc aldığını söyləyib.
Bu gün baş tutan məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror T.Vəlizadənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə iclası fevraln 5-nə təyin edilib.
Qeyd edək ki, Tural Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirərək konsert təşkil edəcəyi vədini verib. Bu vədlə T.Vəlizadə həmin şəxslərdən ümumilikdə 200 min dollar pul alıb. T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş: