AzTV işçiləri üçün təbii bulaq suyu alır
Tarix: 30-01-2019, 09:25



 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 19 litr həcmdə polikarbonat qablarda təbii bulaq suyunun satınalınması məqsədilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, iştirakçılara öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etmələri təklif olunur.
Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirakçılar şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli ünvandan ala bilərlər. İddiaçılar sorğusda iştirak etmək üçün sənədləri fevralın 7-də saat 18.00 - a qədər həmin ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri fevralın 8-də saat 15.00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Paylaş: