AzTV kotirovka sorğusu elan edib
Tarix: 23-01-2019, 09:55



 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti İnformasiya proqramları studiyası üçün“Xəbərlər” verilişinin yeni dekorasiyasının hazırlanması işlərinin satınalınması məqsədi ilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğu iştirakçılarına öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etmək təklif olunur.
Bildirilib ki, müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs İsa Cabbarovdan, telefon- 537-02-84) ünvandan ala bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri yanvarın 29-da saat 18.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri yanvar 30-da 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Paylaş: