Bütün dünyanın izlədiyi serial – Qeyri-adi təcrübə
Tarix: 16-08-2017, 11:29


Amerikalı alimlər “Taxt oyunları” (Game of Thrones) serialının bütün dünyada izləyicilər tərəfindən sevilməsinin səbəblərini araşdırıb.
Kut.az bu barədə “Science alert” elmi nəşrinə istinadla xəbər verir.
Amerikalı alimlər qeyri adi təcrübə keçiriblər. Seriala baxan izləyicilərə ürək ritmlərini ölçmək imkanlarına malik saatlar verilib. Bununla da alimlər izləyicilərin daha çox hansı səhnələrdə həyəcan keçirdiyini öyrənməyə çalışıblar.
Təcrübə nəticəsində müəyyən edilib ki, “Taxt oyunları”nın bu qədər populyar olmasının səbəbi qəhrəmanlar arasındakı maraqlı dialoqlardır. Bununla da alimlər seriala şiddət və erotik məzmunlu səhnələrə görə baxılması ilə bağlı mifi yoxa çıxarıblar.

Paylaş: