Bakıda 150-dək dövlətin mədəniyyət nümunələri təqdim edilib
Tarix: 16-08-2017, 10:15


Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının ikinci gününün yekun tədbiri iştirakçı dövlətlərin mədəniyyətlərinin tanışlığına həsr edilib. UlduzumSan.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 150-dək dövlətin mədəniyyət nümunələrinin təqdim edildiyi gecədə əvvəlcə iştirakçı ölkələrin milli mətbəxini əks etdirən təamlar təqdim olunub.
 
Çoxsaylı iştirakçıların qatıldığı gecə əlamətdar anlarla yadda qalıb. Belə ki, iştirakçı ölkələrin milli rəqsləri, bir-birindən şən ifalar gecəyə xüsusi rəng qatıb.
 
İştirakçılar ölkələrinin mədəniyyət və tarixi müxtəliflikləri ilə bağlı məlumatları ziyarətçilərlə bölüşüblər. Xüsusi olaraq qeyd edilib ki, dünyanın hər yerindən bu mühüm tədbirə qatılan skautlar yer üzündə sülhün bərqərar olması naminə səylərini birləşdirəcəklər.
 
Mədəniyyətlərin tanışlığına həsr edilən gecə hər kəsə xoş ovqat bəxş edib.

Paylaş: