Mixail Qusman “Rusiya Federasiyasının Əməkdar Jurnalisti” fəxri adına layiq görülüb
Tarix: 1-01-2019, 13:03



Həmyerlimiz, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman yeni təsis edilmiş “Rusiya Federasiyasının Əməkdar Jurnalisti” fəxri adına layiq görülüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir PutinFərman imzalayıb.
Fərmana əsasən, fəxri ad on beş KİV nümayəndəsinə, o cümlədən TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana, agentliyin keçmiş rəhbəri, Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenkoya, “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusyevə, “Heyvanlar aləmində” verilişinin aparıcısı Nikolay Drozdova və başqalarına təqdim olunub.
Fərmanda bildirilir ki, fəxri ad Rusiyada jurnalistikanın inkişafında xidmətlərə və uzun illər səmərəli əməyə görə təqdim edilir.

Paylaş: