Yusif Eyvazov Kreml Sarayının səhnəsində konsert verəcək
Tarix: 20-12-2018, 16:45




Opera ulduzları Yusif Eyvazov, Anna Netrebko, Andrea Bocelli və Olqa Peretyatko iyunun 4-də Dövlət Kreml Sarayının səhnəsində birgə konsert verəcəklər.
Bu barədə konsertin təşkilatçısı Berin Iglesias Art. Şirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumatda əlavə olunub ki, "Opera ulduzlarını toplamaq qeyri-mümkün görünürdü, çünki onların hər birinin cədvəli artıq qarşıdakı illər üçün qurulub. Onlar hazırda ən çox tələbat görən opera artistləridir".
Pərəştişkarları qeyd edirlər ki, Rusiyanın xalq artisti Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazovla birgə konsertləri xüsusi enerjisi ilə fərqlənir.
Konsert simfonik orkestr və xorla müşayiət ediləcək.(report.az)

Paylaş: