Xuraman Şuşalı evliliyinin 7-ci ildönümü qeyd edir
Tarix: 11-08-2017, 08:57


Müğənni Xuraman Şuşalı ailə qurmasının 7-ci ildönümünü qeyd edir.

BiG.AZ xəbər verir ki, ifaçı bu münasibətlə sosial şəbəkədə paylaşım edib. Əri ilə şəklini İnstaqram hesabında yerləşdirən Xuraman bunları yazıb:

“Beləcə 7 ili başa vurduq. Şükür Allaha, bağça-bağım bar gətirib… Allah ömrümüzü bərəkətli etsin, yarım”.

Qeyd edək ki, Xuraman rejissor Elçinlə ailəlidir. Cütlüyün 3 övladı var. 

Paylaş: