Bakıda kino həftəsi keçirilir
Tarix: 6-11-2018, 09:58



Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat və Bakı Slavyan universitetlərində sənədli kino həftəsinə başlanılıb.
Dövlət Film Fondundan Trend-ə bildirilib ki, kino həftəsi Azərbaycan kinosunun 120 illik yubileyinə həsr edilib.
Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan kino həftəsi çərçivəsində sənədli film nümayişləri ilə yanaşı, tanınmış kino xadimləri ilə görüş və müzakirələr də təşkil olunacaq.

Paylaş: