Azərbaycanın tanınmış aşığı vəfat etdi
Tarix: 2-11-2018, 11:22



Azərbaycanın tanınmış şairi və aşığı, “Qızıl qələm” mükafatı laureatı Zəki İslam vəfat edib.
Bu barədə GoldNews.az-a onun yaxınları məlumat veriblər. Məlumata görə o, ötən gün vəfat edib.
Qeyd edək ki, Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi. “Qızıl Qələm” mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazırdı. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi olub.

Paylaş: