Məşhur modellərin gözəllik sirləri
Tarix: 1-11-2018, 09:27



Tanınmış modellər bəzən qüsursuz gözəllikləri ilə diqqətimizi çox çəkir.
Bu qədər çox makiyaj edən modellərin dərilərinin necə canlı qaldığı hər birimizi marağına səbəb olur.
AzNews.az dünyada məşhur modellərin gözəllik sirrlərini sizlərə təqdim edir.
Gözaltındakı göylər və şişlər üçün gül yağı və buz
Məşhur fransız model Laetitia Casta gözlərinin altında yaranan göylər və şişkinlər üçün bir pambığın üstünə biraz gül yağı damladır və buzla birlikdə şişlərin üstünə qoyur. Qısa müddətə nəticə əldə edən Casta bundan əlavə dəri gözəlliyi və sağlamlığı üçün günə limonlu su içərək başlayır.
Sızanaqlar üçün limon suyu, soda və bal qarışığı hazırlayın
Kendall Jenner bir müddət əvvəl üzündəki sızanaqlarla gündəmə gəlib. Bundan sonra təmiz dərisi ilə diqqət çəkib. Təmiz dərinin sirri isə limon suyu, soda və bal ilə hazırladığı xüsusi qarışıqdır. Bu qarışığı 1-2 dəfə istifadə etdikdən sonra sızanaqlardan xilas olub.
Hindistan qozu yağı ilə dərinizi nəmləndirə bilərsiniz
Taylor Hill dərisini Hindistan qozu yağı ilə nəmləndirdiyini açıqlayıb. Quru dərinin makiyak üçün ideal dəri olmadığını bildirən Hill hər gün yatmazdan əvvəl dərisini Hindistan qozu yağı ilə nəmləndirdiyini etiraf edib.
Saçlarınızın daha gur olmasını istəyirsinizsə, tez-tez yumayın
Cindy Crawford saçları ilə gündəmə düşən məşhurlardandır. Saçlarının gur və sağlam olmasının səbəbi isə tez-tez yumaq olduğunu bildirir. Məşhur model 3 gündən bir saçları yumağın kifayət etdiyini bildirir. Saçlarını fenlə qurutmadığını deyib.

Paylaş: