Jurnalist Zakirə Zakirqızının da içərisində olduğu avtobus qəzaya uğrayıb
Tarix: 1-11-2018, 08:22



Bakıda marşrut avrobusu qəzaya uğrayıb.
UlduzumSan.Azz Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında baş verib.
Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub.
Hadisə nəticəsində marşrut avtobusunda olan sərnişinlərdən bir neçəsi xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar arasında "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı da var.
Faktla bağlı araşdırma aparılır.

Paylaş: