"Həkimlər qərar verəcək ki, ürəyimdə açıq əməliyyat olsun, yoxsa yox..."
Tarix: 18-10-2018, 15:37



Bir müddət əvvəl ürək damarlarındakı ciddi problemlərdən, şəkərli diabetdən və qara ciyərindəki şişdən əziyyət çəkən tanınmış jurnalist Səbuhi Məmmədlinin ölkə başçısına müraciətindən sonra prezident İlham Əliyev jurnalistin müalicə xərclərinin dövlət tərəfindən təmin olunması ilə bağlı göstəriş verdi.
S.Məmmədli əməliyyat olunmaq üçün artıq Ukraynaya yola düşüb. Jurnalist açıqlamasında son durumu ilə bağlı bunları söyləyib:
“Hazırda Ukraynanın Poltava şəhərində mərkəzi vilayət xəstəxanasındayam. İlkin analizləri vermişəm, bu gün bir necə yoxlamadan keçəcəm. Bundan sonra həkimlər qərar verəcək ki, açıq əməliyyat olsun, yoxsa yox. Çünki ürək damalarlarımda vəziyyət heç də yaxşı deyil. Əməliyyat uğurla başa çatdıqdan sonra Mirqorod şəhərinə qayıdıb qara ciyərimin müalicəsi və şəkərin nizama salınması ilə məşğul olacam. Güman edirəm ki, hər şey yaxşı olacaq. Azərbaycandakı dostlara salam deyin”.//Moderator.az

Paylaş: