Azərbaycanlı xanəndə Türkiyədə keçirilən beynəlxalq musiqi festivalında çıxış edib
Tarix: 29-09-2018, 10:13



 Azərbaycanlı xanəndə Zabit Nəbizadə Türkiyədə keçirilən beynəlxalq musiqi festivalında çıxış edib.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, ifaçı Konya şəhərində türk şairi və mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin anadan olmasının 811-ci ildönümü münasibətilə təşkil olunan XV Konya Beynəlxalq Mistik Musiqi Festivalında səhnəyə çıxıb.
Z.Nəbizadə tədbridə Azərbaycan muğam sənətindən müxtəlif parçalar səsləndirib.
Qeyd edək ki, festivala 47 ölkədən 133 qrup və yüzlərlə sənətçi qatılıb. Tədbirdə Özbəkistan, Azərbaycan, Əfqanıstan, İran, İraq (Kərkük), Mərakeş, Livan, İspaniya və Türkiyədən sənətçilər və musiqi qrupları iştirak edib. 

Paylaş: