“53 milyon dollarımı və həyatımın 18 ilini itirdim”, – Lütfi Zadənin oğlundan SENSASSİON AÇIQLAMA
Tarix: 21-09-2018, 15:38



Dünyaca məşhur azərbaycanlı alim, mərhum Lütfi Zadənin oğlu Norman Zadə Hafiztimes.com -a açıqlamasında  bildirib ki, milyonlarla dollar məbləğində ziyana düşüb. Norman Zadə Amerika məhkəməsinin barəsində çıxardığı qərardan söhbət açıb:
– Amerikada məhkəmə ilə bəzi problemlər var. Müəllif hüququ oğruları mənim Perfect 10 jurnalımın məzmununu oğurladılar. Biz məhkəməyə müraciət etdik. Məhkəmədəki dəli hakim  onların xeyrinə qərar çıxardı, bizim   jurnalımızın 6.5  milyon dollarlıq məzmunu ilə onları mükafatlandırdı.
-İndi onlar mənimlə şəxsən mübarizəyə başlayıblar. Həyatımın 18 ilini və 53 milyon dollarımı itirdim.

N. Zadə Azərbaycana olan sevgisini də dilə gətirib:

-Hazırda mən Azərbaycanı ABŞ-dan daha çox sevirəm. Onlar atama və mənə böyük hörmətlə yanaşdılar. Amerikada isə bunun tam əskini görürəm.
-Norman Zadə atasının qəbirüstü abidəsi ilə bağlı  fikirlərini də bizimlə bölüşüb:
-Mən abidənin şəkillərini gördüm. Çox bəyəndim. Əməyi keçən hər kəsə təşəkkür edirəm.
-Norman  Zadə yaxın günlərdə Azərbaycana gəlməsi ilə bağlı sualımızı da cavablandırıb:
-Azərbaycana çox gəlmək istəyirəm. Niyə də gəlmək istəməyim?! İşlərimi həll etdikdən sonra gəlməyi düşünürəm”,-deyə N. Zadə qeyd edib.
Xatırlayaq ki, Norman Zadə tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 66 yaşlı Norman hazırda Amerikada yaşayır. Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında“Uduşlu poker sistemləri” (“Winning Poker Systems”) kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə həmçinin “Perfect 10″ adlı erotik jurnal da nəşr etdirib.

Paylaş: