Leyla Əliyeva qardaşının yubileyini belə təbrik etdi - foto
Tarix: 3-08-2017, 09:37



Bu gün prezident İlham Əliyevin oğlu Heydər Əliyevin ad günüdür. 

Axşam.az-ın məlumatına görə, H.Əliyevin 20 yaşı tamam olur. Bu münasibətlə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə ümummilli lider Heydər Əliyevlə qardaşının fotosunu paylaşaraq təbriklərini çatdırıb:
 
“Əziz qardaşımı yubiley münasibəti ilə təbrik edirəm! Həmişə belə güclü, layiqli və nəcib insan olmağını arzu edirəm! Mən səni çox istəyirəm, Heydər Əliyev! Təşəkkür edirəm!”. 

Qeyd edək ki, Heydər Əliyev 1997-ci ilin bu günü anadan olub. 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olan Heydər Əliyev beynəlxalq münasibətlər ixtisasında təhsilini davam etdirir. 




Paylaş: