Ərsoyu Budda bilib ayağına döşəndilər - foto
Tarix: 2-08-2017, 13:58



Bülənt Ərsoy, Safiye Soyman, Banu Alkan və Burcu Esmersoyun iştirakı ilə çəkilən “Dünya güzellerim” şousunun növbəti buraxılışı maraqlı anlarla yadda qalıb. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilişin çəkilişləri bu dəfə Katmanduda gerçəkləşib. Heyət orada Budda evini ziyarət edib. Daha sonra sari geyinib küçələrə çıxan aparıcılar yerli əhalinin böyük marağı ilə qarşılaşıb. 

Buddist makiyajı edən Bülənt Ərsoyu budda hesab edən qadınlar isə onun ayağına döşənərək xeyir-dua belə alıblar. 




Paylaş: