Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
Tarix: 1-08-2017, 16:59


Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda
Azərbaycanı təmsil edəcək. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, Beynəlxalq Monotamaşalar Festivalı avqustun 2-dən 8-dək
Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Ulduzumsan.Az xəbər verir ki, festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun
“İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri
İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə
əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək.

Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.

Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə
rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq
keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və
digər ölkələrin təmsilçiləri də qatılacaq.


Paylaş: