5 konsertdən 1 milyon qazandı
Tarix: 31-07-2017, 12:26


Türkiyənin məşhur ulduzu Sıla 5 konsertdən 1 milyon TL pul qazanıb. 
“Qafqazinfo” xəbər verir ki, o, 22-26 iyul tarixlərində İstanbulda ard- arda baş tutan musiqi gecəsindən aldığı qonorarla sərvətinə sərvət qatıb. 
İfaçı Tarkandan sonra ən çox tamaşaçı toplayan məşhur olub.
Bundan əlavə, pop ifaçısına istirahət mərkəzlərindən təklif gəlsə də, o, rədd edib. Sıla təşkilatçılara “Təkcə biletli konsertlərdə səhnəyə çıxıram” – deyib. 

Paylaş: