ANS-in əməkdaşı dənizdə batan qardaşından danışdı - "Meyitini özüm çıxartdım"
Tarix: 31-07-2017, 11:06


ANS televiziyasının sabiq əməkdaşı Hüseyn Azərinə ağır itki üz verib.
AzNews.az xəbər verir ki, Hüseyn Azərinin qardaşı Cavid Azərin dənizdə batıb. Məlumata görə, onlar özəl çimərlikdə istirahət edirlərmiş.
Hüseyn Azərin AzNews.az-a açıqlamasında bildirib ki, hadisə onun gözünün qarşısında baş verib:
“Cavid gözümün qabağında batdı. Sonra onun meyitini özüm çıxartdım. Düşünün ki, qardaş üçün nə qədər çətindir”.

Paylaş: