Elza Seyidcahan yenidən ailə qurur?- "NƏ VAXTSA OLACAQ"
Tarix: 20-07-2017, 18:25



Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı haqqında danışıb.
Ulduzumsan.Az xəbər verir ki, bununla bağlı milli.az-a açıqlama verən ekstravaqant müğənni ikinci dəfə ailə həyatı qurmamağının səbəblərini də oxucularla bölüşüb.
“Yəqin ki, özümə layiq insan tapmadığım üçün ikinci dəfə ailə həyatı qurmadım. Bəlkə də gözüm qorxub. Çünki imam sifəti ilə gəlirlər, sonradan hər şey başqa cür olur. Hal-hazırda bu haqda düşünmürəm. Çünki övladlarım, nəvəm var. Buna görə heç vaxt həyatımda boşluq hiss etməmişəm. Heç kim istəməzdi ki, ailəsi dağılsın. İstəməyərəkdən həyatım belə gətirdi. Mən desəm ki, heç bir zaman ailə həyatı qurmayacağam, bu, həyatımın sonu ola bilər. Bəlkə də nə vaxtsa olacaq”, – deyə əməkdar artist bildirib.

Paylaş: