Ququş Ermənistana gedir
Tarix: 20-07-2017, 17:13


Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) Ermənistanda konsert verəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi rəsmi instaqram səhifəsində məlumat yayıb. 
Bildirilir ki, Ququş 31 avqust tarixində İrəvanda pərəstişkarlarının qarşısına çıxacaq. 
Xatırladaq ki, ifaçı 2 sentyabrda isə Tbilisidə konsert verəcək. 
Bu məqamda qeyd edək ki, Ququşun konsert turu siyahısında Azərbaycanın adı yoxdur. Sənətçi sonuncu dəfə 2011-ci ildə Bakıda konsert verməyi planlaşdırsa da, daha sonra bu istəyindən imtina edib. 




___






Paylaş: