“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq
Tarix: 8-05-2018, 12:33



"Gənclik Mall" Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında ümummillli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Professional” qısametrajlı sənədli filmi nümayiş etdiriləcək.
UlduzumSan.Az xəbər verir ki, Heydər Əliyevə həsr olunan sayca səkkizinci sənədli film olan “Professional” ulu öndərin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunub.
Bu hissədəki hadisələr 1949-1969-cu illəri əhatə edir. Filmdə tamaşaçı auditoriyasına məlum olmayan çoxlu fakt göstərilir.
Film mayın 10-da saat 11:30-da nümayiş olunacaq. Giriş sərbəstdir. 

Paylaş: