Elçin Musaoğlu beynəlxalq festivalın “jüri”sində
Tarix: 15-07-2017, 12:57


Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub.
 
Festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.
 
Bu barədə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
 
Qeyd edək ki, Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında nümayiş etdirilib və mükafatlara layiq görülüb. /azertag.az/

Paylaş: