Yuğ Dövlət Teatrının direktoru Kiyevdə işgüzar səfərdədir
Tarix: 24-05-2017, 10:10



Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir. Belə ki, həmvətənimiz Avropa Birliyinin Şərqi Avropa ölkələrinin mədəniyyət üzrə əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək “Creativ Europe” proqramında iştirak etmək üçün dəvət alıb.

Ulduzumsan.Az xəbər verir ki, 25-26 may tarixlərində gerçəkləşəcək layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə məsləhətçi kimi dəvət olunan T.Rəsulov Ukraynadan təqdim edilmiş layihələrin seçilməsində və formalaşdırılmasında iştirak edib.
Layihə çərçivəsində Yuğ teatrı ilə Ukrayna teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasına yönəlmiş bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Paylaş: