"Bu sənətdə olduğuma görə çox xoşbəxtəm" - müğənni Keykavus Salehi
Tarix: 14-06-2017, 16:19



"Sənət inciləri"nin bu dəfəki qonağı tanınmış müğənni, əslən Güney Azərbaycandan olan Keykavus Salehidir

Gənc olmasına baxmayaraq, Keykavus gözəl səsi ilə qatıldığı televiziya verlişlərində və tədbirlərdə geniş tamaşaçı kütləsinin rəğbətini qazana bilib.
Bir vaxtlar ATV kanalında yayımlanan "Xalq Ulduzu" yarışmasında iştirak edən Keykavus yaş həddi səbəbilə yarışmanı dayandırmalı olsa da, 30 nəfər iştirakçı arasından 4-cü yeri tutmağı bacarmışdı.
Qeyd edək ki, qonağımızın qardaşı Keyhan Salehi də müğınnidir. İranda və Azərbaycanda keçirilən el şənliklərində birlikdə iştirak edən qardaşlar gözəl duet işləri ilə qonaqlarının qarşısına çıxırlar.



Paylaş: