Koronavirusa mahnı həsr etdilər - Tünzalə, Lalə...
Tarix: 6-04-2020, 15:18




Trend İnformasiya Agentliyi və Azərbaycan ulduzları #Evdəqal kampaniyasına qoşularaq buna xüsusi videorolik həsr ediblər.
UlduzumSan.Az xəbər verir ki, məşhur simalar Azərbaycan, rus və ingilis dillərində mahnı ifa edərək evlərində kameraya çəkiblər.
Layihənin rəhbəri Sahil Kərimli, koordinator Vüqar İmanov, ideya müəllifi Fidan Mirbabayevadır.
Musiqinin prodüseri Tünzalə Ağayeva, ifaçılar Tünzalə, Lalə Məmmədova, Zamiq Hüseynov, Xəyyam Nisanov və Murad Arifdir.
Mahnının mətni Zəhra Bədəlbəyli və Fariz Zeynalova məxsusdur.
Nəfəs alətində Teymur Süleymanbəyli ifa edib. Səs rejissoru Emin Karimdir.



Paylaş: